Bakıda sevgilisindən ayrılmaq istəməyən  oğlan HƏBS OLUNDU:  nələr edib?
26 sentyabr 2025 16:53 (UTC +04:00)

Bakıda sevgilisindən ayrılmaq istəməyən oğlan HƏBS OLUNDU: nələr edib?

0

Bakıda kişi ondan ayrılan sevgilisinə qarşı xuliqanlıq hərəkətləri edib.

Lent.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

40 yaşlı Fərəc Mövsümov (ad və soyad şərtidir) keçmiş sevgilisinin evinə gələrək, mənzilin işıqlarını söndürüb, həmçinin ona məxsus avtomobilin yanacaq çəninə su töküb.

Fərəc ifadəsində bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan zaman müştəri qismində avtomobilinə əyləşən qadınla tanış olub. Sonradan onlar arasında yaxın münasibətlər yaranıb və sevgili olublar. Lakin bu münasibətlər çox çəkməyib. 4-5 ay öncə tərəflər ayrılıblar.

Zərərçəkən qadın isə deyib ki, Fərəclə əvvəllər də mübahisələri olub və onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi üzrə cinayət işi açılıb. Lakin qadın şikayət etmədiyi üçün işə xitam verilib. Zərərçəkənin sözlərinə görə, Fərəc ondan ayrıla bilmir:

“Tez-tez yaxınlarıma zəng edib məni təhqir edir. Uşağımı və məni söyür, iş yerimin qabağına gəlir. Barəsində açılan cinayət işlərində valideynlərinə görə onu bağışlamışam. Evimin işıqlarını söndürüb, maşınımın yanacaq çəninə su töküb. Dəymiş zərərin ödənilməsini və ona qanunla nəzərdə tutulan cəzanın verilməsini istəyirəm”.

Bu əməlinə görə Fərəc Mövsümov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub. Suraxanı rayon Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində 5 gün müddətinə inzibati həbs tətbiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 404

Oxşar yazılar