Bakıda sərxoş piyadanı avtomobil vurdu-FOTO
04 oktyabr 2023 03:21 (UTC +04:00)

Bakıda sərxoş piyadanı avtomobil vurdu-FOTO

0

Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə 3-cü mikrorayon dairəsində qeydə alınıb.

31 yaşlı Eşqin Əbilov dairədə piyadalar üçün əzərdə tutlmayan hissədən keçərkən yıxılıb. Bu zaman dairədə hərəkətdə olan “Toyota Prius” markalı maşının sürücüsü piyadanı vurub. Yaralı hadisə şahidləri və sürücünün köməkliyi ilə təcili tibbi yardım briqadasına təhvil verilib. 

Təcili Təxirə Salınmaz Tibbi Yardım Xidmətinin həkiminin APA-ya verdiyi məlumata görə, yaralı ağır dərəcəli sərxoşdur. O, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən sürücünün izahatı alınıb. Fakt üzrə araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3690

Oxşar yazılar