Bakıda sərnişin taksidə sürücünü bıçaqladı
18 dekabr 2023 02:01 (UTC +04:00)

Bakıda sərnişin taksidə sürücünü bıçaqladı

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Zığ qəsəbəsində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Böyükxanlı Samir Maqsud oğlu idarə erdiyi avtomobili ilə sərnişini ünvana apararkən yolda onlar arasında mübahisə düşüb.

Hələlik ad və soyadı məlum olmayan 17 yaşlı müştəri taksi sürücüsünə bıçaq zərbələri vurub.

Yaralı yoldan keçən digər sürücülərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Nurlan Əli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3957
avatar

Oxşar yazılar