Bakıda seksual manyak peyda olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, polisə müraciət edən Zabrat qəsəbəsindən olan bir qadın qəsəbə ərazisində yerləşən idman meydançasında naməlum kişinin onun 7 yaşlı oğluna qarşı seksual xarakterli hərəkətklər etdiyini bildirib.
Daxil olan şikayət əsasında Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsi tərəfindən araşdırmalar başlanıb.
Hazırda polis azyaşlıya qarşı seksual hərəkətlər edən şəxsin müəyyən edilərək tutulması istiqamətində axtarışları davam etdirir.