Bakıda  DƏHŞƏT:   əmisinin zorakılığına  məruz qalan şagird özünü məktəb binasından atdı
12 oktyabr 2026 17:58 (UTC +04:00)

Bakıda DƏHŞƏT: əmisinin zorakılığına məruz qalan şagird özünü məktəb binasından atdı

1

Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bugün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib.

Lent.az xəbər verir ki, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub.

Direktorun məlumatına əsasən, son 1 ay ərzində Mədinə Nəbiyeva üçün məktəbə 3-4 dəfə təcili yardım çağrılıb. Uşağın rəfiqəsi ilə bölüşdüyü məlumata əsasən, sentyabrın 10-15-i arası ona əmisi tərəfindən zorakılığa cəhd olunduğunu bildirib. Mədinə Nəbiyeva hazırda Sabunçu Tibb Mərkəzindədir və vəziyyəti orta ağırdır.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 630

Oxşar yazılar