Bakıda şadlıq evinin binasında yanğın olub.
Lent.az FHN-in saytına istinadla xəbər verir ki, Binəqədi rayonunda ikimərtəbəli şadlıq evinin birinci mərtəbəsində ümumi sahəsi 120 m² olan dönərxananın mətbəxində odun kömürü 20 kisə, elektrik sayğacı, elektrik qoruyucusu 10 ədəd və kabel 20 p. m yanıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.