Bakıda kişi itkin düşüb.
Lent.az-ın məlumatına görə, Pirallahı rayonunda yaşayan 47 yaşlı Novikov Vladimir Lvoviç səhər saat 6 radələrində evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə onun qardaşı oğlu Novikov Yulian Denisoviç polisə müraciətində bildirib. V. Novikovun ruhi əsəb xəstəsi olduğu qeyd olunur.
Faktla bağlı Pirallahı rayon Polis İdarəsində araşdırma aparılır.