Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 370 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan obyektin lambirdən ibarət tavanı 100 m² sahədə əriyib.
Obyektin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.