Bakıda "Range Rover" qəza törətdi, ölən var
25 yanvar 2021 12:18 (UTC +04:00)

Bakıda "Range Rover" qəza törətdi, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 24-də saat 1 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Həsənzadə idarə etdiyi “Range Rover” markalı avtomobili yolun kənarında dayanmış paytaxt sakinləri A.Bağırova məxsus “Mercedes” və N.Rzayevə məxsus “Daewoo” markalı avtomobillərə vurub. Nəticədə Ə.Həsənzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb, A.Bağırov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3042

Oxşar yazılar