Bakıda rabitə qülləsinə  qara bayraq   asan həbs edildi
28 iyul 2023 16:54 (UTC +04:00)

Bakıda rabitə qülləsinə qara bayraq asan həbs edildi

0

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir. 

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, qanunvericiliyin tələblərinə zidd olaraq, iyulun 28-də günorta saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində rabitə qülləsinə qara bayraq asılması müşahidə olunub.

Polis əməkdaşları tərəfindən həmin əməli törədən 1983-cü il təvəllüdlü Hüseynov Samid müəyyən olunaraq həbs edilib.  

"İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək, vətəndaşlarımızı qanunverciliyin tələblərini anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq". - deyə məlumatda qeyd olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5147

Oxşar yazılar