Bakıda quldurluq hadisəsi olub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata əsasən, dekabrın 14-də Bakı şəhər sakini Ş.Aslanov döyülərək, 3500 manat pulu quldurluq yolu ilə əlindən alınıb.
Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri E.Bayramov və E.Osmanov saxlanılıblar.