Bakıda qırmızı işıqda yolu keçən avtomobil qəza törətdi - FOTO
14 oktyabr 2021 01:53 (UTC +04:00)

Bakıda qırmızı işıqda yolu keçən avtomobil qəza törətdi - FOTO

Bakının Yasamal rayonunda üç avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə Məhəmməd Xiyabani küçəsi və Abbas Mirzə Şərifzadə küçəsinin kəsişməsində baş verib.

“Volkswagen” markalı avtomobilin sürücüsü Məhəmməd Xiyabani küçəsi ilə dönmə əməliyyatı edərkən nəqliyyat vasitəsini işıqforun yaşıl işığından keçən “Kia” markalı avtomaşına çırpıb. Daha sonra “Volkswagen” yol kənarında dayanan “Lada Priora” markalı avtomobilə və işıqfora çırpılıb. İşıqfor sıradan çıxaraq aşıb. Qəza nəticəsində “Kia”da olan bir nəfər xəsarət alıb.

Fakt Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

# 2022
avatar

Oxşar yazılar