Bakının Şah İsmayıl Xətai prospektində yol-nəqliyyat hadisəsi baş verib.
77-YR-839 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobil idarəetməni itirərək eyni istiqamətdə hərəkət edən 99-RG-392 dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobilə çırpılıb.
Toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. "Volkswagen" markalı avtomobilin ön oturacağında olan sərnişin yüngül xəsarət alıb.
"Chevrolet" markalı avtomobilin taksi xidməti göstərdiyi ehtimal edilir.
Hadisədən dərhal sonra taksi sürücüsü ərazidən uzaqlaşıb.
Faktla bağlı araşdırma aparılır.