Bakıda qəza: Sürücü qadını  xəstəxanaya  çatdırdı
22 aprel 2022 03:35 (UTC +04:00)

Bakıda qəza: Sürücü qadını xəstəxanaya çatdırdı

0

Bakının Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, Azadlıq prospektində “Toyoto” markalı avtomobil yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçən 1988-ci il təvəllüdlü Məcidova Günay Tehran qızını vurub.

Qadın sürücünün köməkliyi ilə 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

O, ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2622

Oxşar yazılar