Bakıda qəza: “Mercedes”yolayrıcındakı  betona çırpıldı
20 aprel 2022 05:00 (UTC +04:00)

Bakıda qəza: “Mercedes”yolayrıcındakı betona çırpıldı

0

Bakının Yasamal rayonunda sərxoş olduğu deyilən sürücü qəza törədib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, Qələbə dairəsindən metronun Koroğlu stansiyası istiqamətində olan “Ford” markalı avtomobilin sürücüsü yüksək sürətlə eyni istiqamətdə hərəkətdə olan Mahmud Nuriyevə məxsus “Mercedes” markalı avtomobilə çırpılıb.

Zərbə o qədər güclü olub ki, “Mercedes” əks istiqamətdə yolayrıcı betonun üzərinə düşüb.

Qəza nəticəsində “Ford”un sürücüsü xəsarət alıb.

Mahmud Nuriyev APA-ya müsahibəsində bildirib ki, qəza törədən “Ford”un sürücüsü sərxoş vəziyyətdə olub.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2155

Oxşar yazılar