Sabunçu rayonunda qadının boğazı kəsilib
Lent.az xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində baş verib.
1964-cü ildə anadan olmuş Əzizova Qətibə Xanəhməd qızının boğazı iti alətlə kəsilib. O, boğazı kəsilmiş halda əri tərəfindən xəstəxanaya çatdırılıb. Hadisənin hansı şəraitdə və nə cür baş verdiyi araşdırılır.