Bakıda ticarət mərkəzindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, fevralın 16-da Nizami rayonu ərazisində yerləşən ticarət mərkəzində piştaxtaların birindən 1430 manat dəyərində qızıl üzük oğurlanıb.
Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.