Bakıda qadın sürücü Nərimanov heykəlinin yanında kişini vurub öldürdü
02 may 2025 09:23 (UTC +04:00)

Bakıda qadın sürücü Nərimanov heykəlinin yanında kişini vurub öldürdü

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Lent.az-ın məlumatına görə, hadisə aprelin 28-də Yasamal rayonu Nəriman Nərimanov heykəlinin yaxınlığındakı dairədə qeydə alınıb.

46 yaşlı Həsənova Sevinc Qələndər qızı idarə etdiyi "Nissan Note" markalı avtomobillə həmin dairədə digər avtomobillərə yol verəndən sonra saatda 30 km sürətlə hərəkət zamanı piyada zolağında yolu keçən 72 yaşlı Həsənov Abdülbaği Ağarza oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən mayın 1-də Kliniki Tibbi Mərkəzdə ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1372

Oxşar yazılar