Bakıda intihara cəhd olub.
Lent.az xəbər verir ki, təxminən 35 yaşlı Aynur adlı qadın Qara Qarayev prospektində, Əli Vəliyev 7 ünvanında 9 mərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib. Dərhal əraziyə Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları cəlb olunub. Polis əməkdaşlarının səyi nəticəsində qadın intihar fikrindən daşınıb.
Faktla bağlı araşdırma aparılır.