Bakıda gözəllik salonundan oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, H.Cavid prospektində yerləşən bir gözəllik salonundan içərisində 470 manat olan cüzdan və bir mağazadan 110 manat pul oğurlanıb.
Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.