Bakıda "Prado" ilə "avtoş"luq  edən sürücü həbs edildi
29 aprel 2024 16:26 (UTC +04:00)

Bakıda "Prado" ilə "avtoş"luq edən sürücü həbs edildi

Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakı Şəhər DYP İdarəsindən verilən məlumata görə, "Toyota Prado" markalı, 01-CJ-733 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Muradov Pərviz Elşad oğlu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin  qərarına əsasən sürücü P.Muradovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla o, 15 sutka inzibati həbs olunub.

# 2061
avatar

Oxşar yazılar