Bakıda “Porsche” yük maşınına girdi
07 oktyabr 2023 02:47 (UTC +04:00)

Bakıda “Porsche” yük maşınına girdi

0

Bakının Yasamal rayonunda yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə və Nazim Hikmət küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Porsche” markalı minik avtomobili yük maşını ilə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da minik avtomobilinə ziyan dəyib.

Qəzanın səbəbləri araşdırılır.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4414

Oxşar yazılar