Bakının Nəsimi rayonunda yol qəzası baş verib.
APA xəbər verir ki, qəza Həsən Əliyev küçəsində qeydə alınıb.
Belə ki, “Porche” markalı nəqliyyat vasitəsi yol kənarında dayanan “Hyundai” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “Porche” deformasiyaya uğrayıb.
Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.