Bakıda polislə atışma: Bir nəfər öldürüldü
04 sentyabr 2024 22:09 (UTC +04:00)

Bakıda polislə atışma: Bir nəfər öldürüldü

Paytaxtın Sabunçu rayonunda narkopritonda silahlı insident olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, sentyabrın 4-də saat 21 radələrində Sabunçu rayonunda polis əməkdaşları evlərin birində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli daxil olan məlumat üzrə əməliyyat keçirib.

Əməlliyyat tədbirində polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib.

Müəyyən edilib ki, narkopriton təşkil edən şübhəli şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Məmmədov Akif  Zakir oğludur.

Hadisə yerindən 2 kiloqram müxtəlif növlü narkotik vasitələr və “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1611
avatar

Oxşar yazılar