Bakıda polis ticarət mərkəzlərinə, marketlərə  bu elanı vurdu
18 noyabr 2022 15:58 (UTC +04:00)

Bakıda polis ticarət mərkəzlərinə, marketlərə bu elanı vurdu

Bakıda bir sıra obyektlərə kibercinayətkarlıqla bağlı xəbərdarlıq elanları vurulub.

Lent.az xəbər verir ki, elanlar Səbail rayonu ərazisindəki bəzi ticarət mərkəzləri, marketlər, insanların sıx toplaşdığı yerlər və ödəmə terminallarına yapışdırılıb.

Bu təşəbbüs isə Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən həyata keçirilib. Elanda deyilir:

“Vətəndaşların diqqətinə!

Son zamanlar bəzi işbazlar müxtəlif saytlarda saxta élan yerləşdirməklə (kirayə ev, mobil telefon satışı, işə düzəltmək, müxtəlif xidmətlər və s.) vətəndaşların etibarından sui-istifadə edirlər. Xahiş olunur bu kimi şəxslərə etibar edib bank kartına və ya hər hansı bir hesab nömrələrinə pul göndərməyin”.

Bu qeyri-adi təşəbbüs insanların diqqətini çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3150
avatar

Mehman Nəbiyev

Oxşar yazılar