Bakıda piyadanı avtomobil vurdu
07 mart 2021 05:01 (UTC +04:00)

Bakıda piyadanı avtomobil vurdu

Bakının Nizami rayonunda orta yaşlı kişi avtoqəza zamanı xəsarət alıb.

APA xəbər verir ki, yol-nəqliyyat hadisəsi metronun "Koroğlu" stansiyasının qarşısında baş verib.

1982-ci il təvəllüdlü Məmmədov Mehrab Polad oğlu Heydər Əliyev prospektində yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçib. Həmin vaxt onu avtomobil vurub. Yaralı döş qəfəsinin sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktı Nizami Rayon Polis İdarəsi araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1586

Oxşar yazılar