Bakıda "parnik"dən 250 minlik OĞURLUQ
24 sentyabr 2022 12:55 (UTC +04:00)

Bakıda "parnik"dən 250 minlik OĞURLUQ

0

Bakıda istixanada külli miqdarda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Türkan qəsəbəsi ərazisində yerləşən, istismarda olmayan bir istixanadan 250.000 manat dəyərində 2000 metr qaz borusu kəsilərək oğurlanıb.

Bu barədə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 9 nəfər müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2474

Oxşar yazılar