Bakıda özünü yandıran qadın öldü
25 dekabr 2020 13:26 (UTC +04:00)

Bakıda özünü yandıran qadın öldü

0

Bakıda qadın özünü yandıraraq intihar edib.

APA-nın xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

46 yaşlı Sevinc İbadova yaşadığı evin həyətində üzərinə benzin tökərək özünü yandırıb.

Hadisə yerinə təcili-tibbi yardım briqadası gəlsə də, ağır yanıq xəsarətləri alan qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2069

Oxşar yazılar