Bakıda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 14-də paytaxtın Binəqədi rayonu ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən ev sahibəsinin 16 yaşlı oğlu Telman saxlanılıb.