Bakıda nənə nəvəsini məhkəməlik edib.
Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində baş verib. 76 yaşlı Xuraman Həsənova (ad və soyad şərtidir-red.) nəvəsi 29 yaşlı Tural Əliyev (ad və soyad şərtidir-red.) xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Nəticədə T. Əliyev barəsində Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cinayət işi başlanıb.
Məlumata görə, şikayətə səbəb nəvə T. Əliyevin nənəsi X. Həsənovanı söyməsi olub. Nəvə nənəsi ilə telefonla danışarkən ona qarşı ağır ifadələr işlədib. Bundan hiddətlənən nənə də onu məhkəməyə verib.
Şikayətə Nərimanov rayon Məhkəməsində baxılacaq.