İrlandiyalı futbolçular rəqiblərinin əlini sıxmadılar - SƏBƏB
28 sentyabr 2026 10:05 (UTC +04:00)

İrlandiyalı futbolçular rəqiblərinin əlini sıxmadılar - SƏBƏB

0

İrlandiya millisinin futbolçuları UEFA Millətlər Liqasında İsrail yığması ilə keçirilən oyundan əvvəl rəqib komandanın üzvləri ilə əl sıxmaqdan imtina ediblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Macarıstanın Debretsen şəhərində neytral meydanda baş tutan qarşılaşmadan əvvəl komandalar arasında ənənəvi salamlaşma mərasimi keçirilməyib. İrlandiyalı futbolçular İsrailin dövlət himni səsləndirilərkən başlarını aşağı əyiblər. Komandaların kapitanları Dara O’Şi və Manor Solomon bayraq dəyişməyib, həmçinin bir-birinin əlini sıxmayıblar.

İrlandiya millisinin futbolçuları Qəzza münaqişəsində həyatını itirənlərin xatirəsinə meydana qara sarğı ilə çıxıblar. Qarşılaşma İrlandiyanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Üçüncü qolu vuran Cek Moylan qol sevincindən sonra qolundakı qara sarğını çıxararaq öpüb.

Baş məşqçi Heymir Hallqrimsson futbolçuların davranışlarının bütün dünyada münaqişəyə diqqət çəkdiyini bildirib. Onun sözlərinə görə, etirazların əsas məqsədi baş verənlərlə bağlı beynəlxalq məlumatlılığı artırmaqdır.

Komandanın qapıçısı Qevin Bazunu isə İsrailə qarşı oynamağın düzgün olmadığını əsas gətirərək heyətdən çəkilib. İrlandiyalı futbolçular qarşılaşmada iştirak edib-etməmək barədə komanda daxilində səsvermə keçirib və böyük əksəriyyət oyuna çıxmağı dəstəkləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 104

Oxşar yazılar