Bakıda narkotik satan silahlı tutuldu - FOTO +VİDEO
21 fevral 2023 12:00 (UTC +04:00)

Bakıda narkotik satan silahlı tutuldu - FOTO+VİDEO

0

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində Maştağa qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Hüseynəli Xəlilov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, saxlanılan şəxsin üzərindən 20 qrama yaxın metamfetamin aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq onun evindən əlavə 2 kiloqram marixuana, 1 ədəd “Kalaşnikov” markalı avtomat və 1 ədəd həmin silaha aid daraq aşkar edilib. Hüseynəli Xəlilov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını etiraf edib.  

 Faktla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.        

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2012

Oxşar yazılar