Bakıda  narkotik satan   ANA və QIZI tutuldu
27 fevral 2023 12:34 (UTC +04:00)

Bakıda narkotik satan ANA və QIZI tutuldu

0

Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində, xüsusən Nəriman Nərimanov prospekti (“Sovetski”) və Qədirli küçəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan M.Quliyeva, anası A.Quliyeva və A.Əliyeva tutulublar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, saxlanılan şəxslərin üzərinə və evlərinə baxış zamanı külli miqdarda heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2285

Oxşar yazılar