Bakıda "moyka"dan  müştərinin maşınını qaçıranlar TUTULDU
07 avqust 2025 17:43 (UTC +04:00)

Bakıda "moyka"dan müştərinin maşınını qaçıranlar TUTULDU

Bakıda avtoyuma məntəqəsindən müştərinin maşınını qaçıran şəxslər saxlanılıblar.

Lent.az xəbər verir ki, paytaxtın Nizami rayonunda sürücü polisə müraciət edərək yumaq məqsədilə avtoyuma məntəqəsinə verdiyi “Hyundai” markalı avtomobilinin naməlum şəxslər tərəfindən qaçırıldığını bildirib.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 25 yaşlı Elşən Hüseynov və 23 yaşlı Səyyad Mehdizadə saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, avtoyuma məntəqəsində çalışan E.Hüseynov və S.Mehdizadə yumaq üçün onlara həvalə olunan nəqliyyat vasitəsini qaçıraraq əvvəlcə hissələrə ayırıb satmaqla “izi”  itirməyə çalışıblar. Bu planları baş tutmadıqda isə avtomobili yol kənarında tərk edərək ərazidən uzaqlaşıblar. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 380

Oxşar yazılar