Bakıda motosiklet iki avtomobilə çırpıldı  - FOTO
04 noyabr 2021 23:33 (UTC +04:00)

Bakıda motosiklet iki avtomobilə çırpıldı - FOTO

0

Bakının Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Füzuli küçəsində baş verib.

Belə ki, motosikleti idarə edən şəxs əvvəlcə dayanan “KİA” markalı nəqliyyat vasitəsinə, daha sonra “Skoda” markalı maşına çırpılıb. 

Zərbənin gücündən motosiklet bir neçə metr aralı düşüb. Sürücüsü isə bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. 

Yaralı təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb. 

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1344

Oxşar yazılar