Bakıda meyvə-tərəvəz bazasında yanğın oldu - FOTO
13 oktyabr 2021 04:35 (UTC +04:00)

Bakıda meyvə-tərəvəz bazasında yanğın oldu - FOTO

0

Bakının Nərimanov rayonunda yanğın baş verib.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Böyük bir ərazidə yerləşən meyvə-tərəvəz bazasında başlayan yanğın əvvəlcə tüstü ilə müşahidə edilib. Daha sonra yanğının miqyası genişlənib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə məxsus 7 texnika və canlı briqada cəlb edilib. Yanğın söndürülüb və hazırda soyutma işləri aparılır.

Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1951

Oxşar yazılar