Nuqzar Kvirtiyanın qaynanası
17 aprel 2021 14:00 (UTC +04:00)

Nuqzar Kvirtiyanın qaynanası

Bakıda məşhur futbolçunun QAYINANASINI DÖYDÜLƏR - FOTO

Bakıda yaşayan gürcü model, AZAL-ın sabiq futbolçusu Nuqzar Kvirtiyanın xanımı İnna Kvritiyanın anası döyülüb.

Lent.az xəbər verir ki, model bu haqda sosial şəbəkədə paylaşım edib.

O, anasının görüntülərini paylaşaraq hadisənin necə baş verdiyini yazıb.

O, hadisənin aprelin 8-dən 9-na keçən gecə yaşandığını bildirib:

"Tanımadığımız şəxs anamın mənzilində eyvan barmaqlıqlarını sındırıb, içəri keçib. 6 saata yaxın bıçaqla anamı təhdid edib. Sonra bədəninə zərbələr endirib, boğub, döyüb, boğazına bıçaq dirəyib və iplə boğmaqla hədələyib. Qızım Qabriella həftənin çox günləri nənəsinin yanında olur. Həmin gün evimizdə idi.

Təcavüzkar Azərbaycan dilində danışırmış, anam dili zəif bildiyi üçün başa düşməyib. Mənzildə 9 saat qaldıqdan sonra anamın polisə zəng etməyəcəyindən əmin olub və gedib".

O bildirib ki, 102-yə zəng vurub Yasamal rayon 28-ci polis bölməsinə şikayət ediblər. İ.Kvritiya məsələdə ittiham edilən şəxsin saxlanıldığını, daha sonra isə sərbəst buraxıldığını iddia edib. /axşam.az/

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4406

Oxşar yazılar

Zaur Məhərrəmov 87 yaşında vəfat etdi

Zaur Məhərrəmov 87 yaşında vəfat etdi

24 avqust 2025 , 01:32
Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

23 avqust 2025 , 23:03
Beyləqan sakini ot tayasından  yıxılıb öldü

Beyləqan sakini ot tayasından yıxılıb öldü

23 avqust 2025 , 22:11
Gəncədə DƏHŞƏT:  oğul 60 yaşlı atasını bıçaqladı

Gəncədə DƏHŞƏT: oğul 60 yaşlı atasını bıçaqladı

23 avqust 2025 , 21:35
Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35