Bakıda məsciddə qanunsuz dini yığıncaq  keçirən CƏRİMƏLƏNDİ
14 avqust 2026 15:44 (UTC +04:00)

Bakıda məsciddə qanunsuz dini yığıncaq keçirən CƏRİMƏLƏNDİ

0

Bakıda məsciddə dini yığıncaq zamanı qaydaları pozan şəxs cərimələnib.

Lent.az-ın xəbərinə görə, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzindəki “Rəsullah” məscidində qeydə alınıb.

34 yaşlı Müşviq Rəsulov (şərti adla) həmin məsciddə dini yığıncaqlar və digər mərasimlərin təşkili, eləcə də keçirilməsi qaydalarını pozub. Bu əməlinə görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə) maddəsilə protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə onun barəsində 1500 manat məbləğində inzibati cərimə cəzası təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 112

Oxşar yazılar