Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 97 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi döyülüb.
Lent.az-ın məlumatına görə, hadisə bu gün baş verib.
Belə ki, oğlan və qız sevgili olublar. Oğlanın bacıları qıza onun başqa sevgilisinin olduğunu deyib və qardaşlarından uzaq durmağı tələb ediblər. Mübahisə baş verib və bacılar qızı döyüblər.
Hətta bacılar özləri ilə oğlanın digər sevgilisini də gətiriblər.
Onlar şagirdə bildiriblər ki, onu dərsləri bitəndən sonra “başa salacaqlar”.
Məktəb direktorunun təhsil ocağında olmadığı, şagirdlərlə maraqlanmadığı bildirilir.
Hadisə yerinə polis əməkdaşları gəliblər./oxu.az