Bakıda maşının vurduğu qadın öldü
19 yanvar 2021 12:18 (UTC +04:00)

Bakıda maşının vurduğu qadın öldü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, yanvarın 18-də saat 18 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini S.Salahlı idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini E.Allahverdiyevanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla əlaqədar Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

# 1398
avatar

Mehman Nəbiyev

Oxşar yazılar