Bakıda maşın vuran piyada xəstəxanada öldü
13 oktyabr 2022 15:18 (UTC +04:00)

Bakıda maşın vuran piyada xəstəxanada öldü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu Qara Qarayev prospektində qeydə alınıb. Aşirov Alməmməd mustafa oğlu idarə etdiyi "Mercedes-Benz C230" markalı avtomobillə ad və soyadı bilinməyən kişini vurub.

Yaralı ağır xəsarətlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2178
avatar

Mehman Nəbiyev

Oxşar yazılar