Bakıda maşın marketə çırpıldı, yaralı var
28 fevral 2024 02:24 (UTC +04:00)

Bakıda maşın marketə çırpıldı, yaralı var

Bakının Nizami rayonunda 3 maşın qəzaya uğrayıb.

Lent.az xəbər verir ki, yol qəzası Nizami rayonu Mehdi Abbasov küçəsində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan “Toyota Camry” markalı maşının sürücüsü sükana nəzarəti itirib.

Nəqliyyat vasitəsi onunla eyni istiqamətdə olan “Mercedes”ə çırpılıb.

Ardınca “Mercedes” “Lada Priora” markalı maşına dəyib.

İdarəetmədən çıxan “Lada” tanınmış marketin şüşəsinə çırpılaraq dayanıb. Qəza zamanı “Mercedes” markalı maşında olan sərnişin müxtəlif xəsarətlər alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Əraziyə Nizami Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Hər üç sürücünün izahatı alınıb.

# 3102
avatar

Oxşar yazılar