Bakıda maşın beton səkiyə çırpıldı - FOTO
13 may 2023 23:24 (UTC +04:00)

Bakıda maşın beton səkiyə çırpıldı - FOTO

0

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi olub.

Lent.az xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Opel" və "Toyota Prius" markalı avtomobilləri toqquşub.

Nəticədə idarəetməni itirən "Opel" markalı avtomobilin sürücüsü körpünün üzərindəki beton səkiyə çırpıb.

Avtomobil yararsız hala düşüb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2331

Oxşar yazılar