Bakıda mağazadan 5 minlik  oğurluq
12 avqust 2024 17:29 (UTC +04:00)

Bakıda mağazadan 5 minlik oğurluq

Bakının Xəzər rayonu ərazisində yerləşən mağazaların birindən 4900 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin üçüncü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş A.Əzimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585
avatar

Arzu Qurbanlı

Oxşar yazılar