Xəbər verildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən mağazada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən operativ şəkildə söndürülüb.
Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yanğın nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 26 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan geyim mağazasının zirzəmi hissəsində 30 kv.m sahədə geyim əşyaları və lambirdən ibarət tavan 60 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
***
saat 18.53
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən mağazada yanğın olması barədə məlumat daxil olub.
Lent.az-ın xəbərinə görə, dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Görülmüş operativ və çevik müdaxilə nəticəsində yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinin qarşısı alınmaqla söndürülüb.