Bakıda külli miqdarda dələduzluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 12.500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 42 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.