Bakıda kişi bədbəxt hadisənin qurbanı olub.
Lent.az-ın məlumatına görə, hadisə Yasamal rayonu, A.M.Şərifzadə küçəsində qeydə alınıb. 51 yaşlı Qəhrəmanov Afiq Qəhrəman oğlu küçədə yıxılaraq ağır kəllə-beyin travması alıb. O, dərhal xəstəxanaya yerləşdirilib.
Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.