Vətəndaşlardan daxil olan müraciətlər əsasında paytaxtın Nizami və Nəsimi Rayon Polis İdarələrinin əməkdaşları tərəfindən küçə ticarəti, antisanitariya, ətraf mühitin çirkləndirilməsi, çirkab suların küçəyə axıdılması və digər hüquqpozmalara qarşı profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirlər zamanı səkiləri, eyni zamanda, yol kənarlarını zəbt edərək piyadaların və nəqliyyatın hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradan pərakəndə ticarət, tullantıların qalaqlanması, həmçinin iaşə obyektlərindən çirkab suların küçəyə axıdılması halları polis əməkdaşları tərəfindən aşkarlanaraq aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.
Hüquqpozmalara yol verən şəxslərlə izahedici söhbətlər aparılaraq xəbərdarlıq edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.