Bakıda köşk qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, mayın 30-da Z.Bünyadov prospektində yerləşən köşklərin birindən 1525 manat pul və mobil telefon oğurlanıb.
Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Aydın İbayev saxlanılıb.
Araşdırma aparılır.