
Bakıda koronavirus xəstəsi itkin düşdü - FOTO

Bakıda 72 yaşlı kişi itkin düşüb.
Bu barədə APA-ya Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsindən bildirilib.
Məlumatda qeyd edilib ki, koronavirus xəstəliyindən əziyyət çəkən və Ağdam qeydiyyatında olan 1949-cu il təvəllüdlü Səfiyarov Vaqif Ələkbər oğlu Respublika Klinik Xəstəxanasında müalicə olunub. Ötən ilin avqust ayında o, Sabirabad Rayon Mərkəzi Xəstəxasında müalicəsini davam etdirib. Ötən ilin sentyabrında təcili tibbi yardım xidməti onu Respublika Klinik Xəstəxanasının önündə düşürüb. Həmin gündən V.Səfiyarov itkin düşüb.
Onun əlamətləri: Boyu 176 sm, gözlərinin rəngi qəhvəyi və ağ saçlıdır.
Onu görənlərdən (012) 430 30 28 şəhər və (055) 564 08 80, (050) 706 11 06 mobil nömrələrinə zəng etmələri xahiş olunur.

Oxşar yazılar

Laçının müdafiəsində ağır yaralanan əsgərimiz ŞƏHİD OLDU
8 mart 2021 , 00:07
Piyada hadisə yerində keçindi
7 mart 2021 , 20:52
RAYONDA FACİƏ: daha bir gənc həyatını itirdi
7 mart 2021 , 20:46
Güclü küləyin fəsadları belə aradan qaldırılır - VİDEO
7 mart 2021 , 19:36
Külək ağacı avtomobilin üzərinə aşırdı -FOTO
7 mart 2021 , 15:12
Külək "Kamaz"ı aşırdı-FOTO
7 mart 2021 , 14:44
Daha bir məktəbin damı uçdu-FOTO
7 mart 2021 , 14:00
Bu gizli toyda... - FOTOLENT
7 mart 2021 , 13:19